Assassin's Creed III — "Ubisoft Montreal" studiyası tərəfindən hazırlanmış və "Ubisoft" şirkəti tərəfindən 2012-ci ildə yayımlanmış döyüş-macəravideooyunu. Bu layihə "Assassin's Creed" seriyasının beşinci əsas hissəsi olmuş və 2011-ci ildə satışa çıxarılmış "Assassin's Creed Revelations" oyununun birbaşa sikvelini təşkil etmişdir. Oyun qlobal miqyasda ilkin olaraq 30 oktyabr 2012-ci il tarixində Şimali Amerikada "PlayStation 3" və "Xbox 360" platformaları üçün buraxılmış, 2012-ci ilin noyabrında isə "Wii U" və "Microsoft Windows" platformaları üçün təqdim edilmişdir. Oyunun yenilənmiş ("remastered") versiyası 2019-cu ildə "Windows", "PlayStation 4", "Xbox One" və "Nintendo Switch", 2021-ci ildə isə "Google Stadia" platformaları üçün istifadəyə verilmişdir.
Düstur — Osmanlı imperiyasında, eləcə də Türkiyə Cümhuriyyətinin yaranmasından etibarən qəbul edilmiş qanunların, nizamnamələrin və digər hüquqi normativ aktların rəsmi toplusu. Bu məcmuə cinayət hüququ ilə yanaşı, mülki və ticarət qanunlarını, inzibati qaydaları və dövlət idarəçiliyinə dair sənədləri əhatə etmiş, Osmanlı dövlətində hüquqi normaların sistemli şəkildə toplanması və yayımlanması məqsədinə xidmət etmişdir.
"Düstur"un ilk cildləri Osmanlı türkcəsində 1862-ci və 1865-ci illərdə nəşr edilmiş, qanunların ardıcıl şəkildə dərcinə isə 1872-ci ildən başlanmışdır. Üzərində "Düstur" adı qeyd olunan ilk cild 1873-cü ildə çap olunmuş, son cild isə 1886-cı ildə yayımlanmışdır.
(Davamı...)
Kosovonun keçmiş lideri Haşim Taçi Kosovo Azadlıq Ordusuna rəhbərlik etdiyi dövrdə törətdiyi müharibə cinayətlərinə görə iyirmi beş il müddətinə azadlıqdan məhrum edilib.
Gelibolulu Mustafa Əli öz əsərində Osmanlı dövlət idarəçiliyində müşahidə etdiyi korrupsiya və ədalətsizlikləri tənqid etmiş, buna görə işsiz qalmışdır.
Belaruslu Boris Skosırev özünü Andorranın kralı elan etmiş, lakin bu iddia yalnız bir neçə gün davam etmişdir və özü həbs olunmuşdur.
Avstriyada Holokostun inkarı 1992-ci ildə cinayət hesab olunmuş və bu əmələ görə 1 ildən 10 ilə qədər həbs cəzası müəyyən edilmişdir.
1934 — Anadolu və Trakyada yaşayan yunanların Yunanıstanda yaşayan müsəlman-türk əhali ilə mübadilə edilməsi üçün yaradılmış Türkiyə-Yunanıstan birgə Komissiyası öz fəaliyyətini başa çatdırdı.