Məzmuna keç

Anat

Vikipediya, azad ensiklopediya
Anat
Mifologiya Qədim Misir dini
Cinsi qadın[d]
Atası El[d]
Qardaşı və bacısı Vaal
Əri
Digər mədəniyyətlərdə Afina, İsida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anat — Antik Misirdən Mesopotamiyadək yayılan ərazidə ibadət edilən ovçuluq və məhsuldarlıq, və ya sevgi və müharibə ilahəsi.[1] O, həmçinin Anant, Anit, Anti, Anthat, Antit kimi adlarla da tanınıb.[2] Livan, Suriya və Fələstində Anata ibadət xristianlıq dövrünə qədər davam edib.[3]

Anata uqaritik mətnlərdə çox rast gəlinir. Erazadan əvvəl 1630-1523-cü illər ararasınbda Qərbi Asiyadan gələn yad qüvvələr Şimali Misiri idarə edirdilər (Hiksos dövrü) və xarici qüvvələr özləri ilə Kənan və Fələstin mədəniyyətini gətirdi.[4] Anat həmin mədəniyyətin bir parçası olaraq Misir mifologiyasıbda özünə yer tapdı.

O, Misirdə gücülü seksual fiqur olmaqla yanaşı, həm də bakirə Anat kimi tanınır[5] və adətən şirin üzərində gül tutmuş formada təsvir olunur.[6] Başqa təsvirlərdə isə o, bir əlində seksuallığın rəmzi kimi zanbaq, digər əlində isə əhsuldarlığın rəmzi kimi ilan (və ya ilanlar) tutmuş halda təsvir olunur.[7]Antik Misirdə II Ramzes (Böyük Ramzes) Anatı özünün müqəddəs qoruyucusu elan etdi və onu anası adlandırdı.[8] Bu hadisə Anatın mövqeyini olduqca gücləndirdi, ona cənnətin sahibəsi, müharibənin xanımı kimi adlar qazandırdı.

Antik Misirdə Anat Günəş tanrısı Ranın qızı və Setin arvadı kimi tanınırdı.

Anat Baalın qızı və ya bacısıdır. İnanca görə, Baal ölümü təcəssümü olan Moto məğlub olur. Anat Baalın dəfnindən sorna Motdan Baalı geri tələb etsə də, bu istəyi rədd edilir. Bundan sonra Anat özü Mot ilə döyüşməli olur. Anat döyüşçü ilahədir və inanca görə hər il tanrı Motu qurban edir.

Uqaritik mətnlərdə

[redaktə | vikimətni redaktə et]

"Safon dağı tanrılarına qurban" kim təsvir edilən qruban siyahısında,[9] ehtimal ki, qız gündönümündən sonrakı iki ay — İbalatu və Hiyyaru ayları ərzində keçirilən ayinlər qeydə alınmışdır. Dennis Parddiyə görə, bu dövr təxminən 21 dekabrdan 20 fevrala qədər olan müddətə uyğun gəlir[10]. Siyahıda yer alan Şapşu, Arsay,, İşhara və Kinnaru kimi bir çox digər tanrı ilə yanaşı Anata da qoçlar qrban verildiyi göstərilir.[11] Başqa bir ayin mətnində Anata bir neçə buğa və qoçun qurban verilməsindən bəhs olunur.[12] Bundan əlavə, lövhənin sonlarına yaxın "Safon Anatı"na buğa və qoçun yandırma ayini üçün nəzərdə tutulmuş qurban kimi təqdim edilməsi ayrıca qeyd olunur.[13] Başqa bir mənbəyə görə, Baaı məbədinə Safon Anatına da eynu qurban təqdim edilirdi. Həmin mənbədə ona, eləcə də İlib, El, Baal və Pidraya təqdim edilən qurbanlar sadalanır.[14] Həmin mənbədə Anata sülh qurbanı kimi bir buğa və bir qoç da təqdim edilir. Bu hissədə onun adı İlib, iki Baal (Uqarit və Hələb Baalı), Yarix, Pidray və Dadmiş ilə birlikdə çəkilir. Bir neçə gün davam edən Aştartın giriş ayini[15] — Maridən yaxşı məlum olan amorilərə məxsus ayin ənənəsi — zaman; ikinci gün Şapaş, Yarix və Qataruya qızıl və gümüş tədqim edildikdən sonra Aata naməlum bir heyvanın burun və boyun hissələri verilirdi.[16] Bununıa belə, digər üç tanrını xarakteruzə etdiyi görünən Qataruma adlandırmasının Anata da şamil edildiyini göstərən heç bir dəlil yoxdur.[17]

Məlum uqatik mətnlərdə Anatın adını ehtivan edən teofor adlar daşıyan 17 şəxs müəyyən edilmişdir. Onlardan biri yaxınlıqdakı Siyannu hökmdarıdır. Bu baxımdan Anat 66 şəxsin adında rat gəlinən Şapaşdan sonra ikinci ən çox istifadə olunan ilahə adıdır. Həm Atiratın, həm də Anatın epiteti kimi qyedə alınmış 'ilat (ilahə) elementi isə ümumilikdə 22 dəfə rast gəlinur. Lakin onun konkret bir ilhaəyə aid olb-olmadığl məlum deyil. Bununla yanaşə Vilfred H. van Soldt qeyd edir ki, Anatın miflərdəku əhəmiyyəti ilə müqayisədə onun adına teofor adlarda xeyli az rast gəlinir.

Hurri ayin mətnləri

[redaktə | vikimətni redaktə et]

Anatın adına uqaritdən məlum olan huri qurban siyahilarında da rast gəlinir. Daniel Şvemerə görə, bunun səbəbi yerli panteonun yaxşı məlum olan digər üzvlərindən fərqli olaraq Anatın hurri tanrıları arasısnda yaxın qarşılığının olmaması ola bilər. Belə siyahılardan birində ona Aştabi (döyüşmü tanrı) və Şimiqedən (günəş tanrısı) sonra bir qoç təqdim edilir. Digər oxşar siyahıda isə Anatın adı Nupatikdən sonra çəkilir. O, həmçinin tanrıların məsh edilməsi ilə bağlı hurii ayin mətnində də yer alır. Həmin mətndı Anat istisna olmaqla yalnız hurri panteonunun üzvlərindən bəhs edilir. Uqarit mətnlərində Anat kimi yerli tanrılarla yanaşı hurri tanrılarına da sitayiş edildiyi göstərilir. Tədqiqatçılar bunun iki dini ənənənin praktikada bir-biri ilə qaynayıb-qarışmasının və şəhərin dini həyatının "transmədəni" xarakter daşımasının göstəricisi kimi qiymətləndirirlər.

Anat və Baal keçirdikləri ziyafətə Motu dəvət etmirlər və bu, Motu çox qəzəbləndirir. Baal Motun qəzəbində qorxur və onun şəxsi evi olmadığını deyərək üzrxahlıq edir. Bundan sonra Anat Baala ev verməsi üçün atası Eli hədələyir.[18]

Anat Motu tutur, onu qılıncla parçalayır, yandırır, sovurur, dəyirman daşları ilə üyüdür və taxıl kimi ələkdən keçirərək dənizə və ya quşlara səpir.

Mesopotamiuada yeri

[redaktə | vikimətni redaktə et]

Anat akkatlarda Antum, sonra isə Antu kimi qəbul olunur. Antu həm də şumer cənnət hansırı olan və mənası səma olan Anu sözünün qadın cinsi bildirən forması ola bilər.

Anat, Aştart və Qeteş

[redaktə | vikimətni redaktə et]

Yəhudilikdə yeri

[redaktə | vikimətni redaktə et]

Yəhudi incilində Anata olduqca az rast gəlinir və onun adı ancaq yer adları (Bet-Anat/Anot) və ya şəxsi adlar (məsələn, Anatın oğlu, Anatot və s.) formasında istifadə olunur.[19] Bet-Anat Anatın evi və ya məbədi mənasını verir. Anatot isə Anatın cəm formasıdır.

  1. ↑ Anat: Autonomous Goddess Of Ugarit. Arxiv surəti 27 oktyabr 2022 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 1 iyun 2026.
  2. ↑ Anat. Arxiv surəti 19 mart 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 15 iyun 2026.
  3. ↑ Anat, Goddess of War. İstifadə tarixi: 15 iyun 2026.
  4. ↑ Goddess Anat | Mythology & Symbols. İstifadə tarixi: 7 iyun 2026.
  5. ↑ Anat. Arxiv surəti 6 fevral 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 7 iyun 2026.
  6. ↑ Anath. Arxiv surəti 11 dekabr 2025 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 30 may 2026.
  7. ↑ What is the Meaning of Anat? Arxiv surəti 9 iyul 2025 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 9 iyun 2026.
  8. ↑ The Goddess Anat in Ancient Times. İstifadə tarixi: 15 iyun 2026.
  9. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (47). ISBN 978-90-04-12657-2.
  10. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (44). ISBN 978-90-04-12657-2.
  11. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (48). ISBN 978-90-04-12657-2.
  12. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (28). ISBN 978-90-04-12657-2.
  13. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (29). ISBN 978-90-04-12657-2.
  14. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (31). ISBN 978-90-04-12657-2.
  15. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (69). ISBN 978-90-04-12657-2.
  16. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (71). ISBN 978-90-04-12657-2.
  17. ↑ Pardee, Dennis (2002). Ritual and cult at Ugarit. Atlanta: Society of Biblical Literature. 2002. səh. (108). ISBN 978-90-04-12657-2.
  18. ↑ Anat goddess. İstifadə tarixi: 9 iyun 2026.
  19. ↑ Anath: Bible. İstifadə tarixi: 7 iyun 2026.