Məzmuna keç

Devkalion

Vikipediya, azad ensiklopediya
Devkalion
Ümumi məlumat
Statusu Krit kralı
Atası Minos
Anası Pasifaya və ya Krit
Babası Zevs
Həyat yoldaşı Kleopatra
Övladları İdomeneus, Krit, Molus
Mifologiyada
Mənsubiyyəti Arqonavtlar, Kalidon qabanı ovçuları
Ölümü Tesey tərəfindən öldürülüb
Əlaqəli yer Krit, Labirint

Yunan mifologiyasında Devkalion və ya Deukalion (/dju:keɪli:ən/; qədim yunanca: Δευκαλίων τῆς Κρήτης) Krit kralı idi. O, Arqonavtlar arasında yer alır və Kalidon qabanının ovunda iştirak edən ovçulardan biri kimi göstərilir.[1]

Devkalion Minosun oğulları arasında yaşca ikinci idi. Onun anası ya Pasifaya, ya da Krit olmuşdur və buna görə Devkalion, Zevsun nəvəsi sayılırdı. Onun bacı-qardaşları Akakallis, Ariadna, Androgey, Ksenodike, Fedra, Qlavk və Katreus idi.

Kleopatradan[2][3] Devkalionun İdomeneus adlı oğlu dünyaya gəlmişdi. İdomeneus sonradan atasının yerinə keçdi və Troya müharibəsində Krit qoşunlarına rəhbərlik etdi. Devkalionun həmçinin Krit adlı qızı və nikahdankənar Molus adlı oğlu var idi.[4] Diodorun rəvayətində isə Devkalion və Molus qardaş, İdomeneus və Merion isə onların oğulları kimi təqdim olunur və bu iki şəxs Kritlilərə Troya yürüşündə rəhbərlik edir.

«Deyirlər ki, Minosun oğulları Devkalion və Molus idi. Devkalionun İdomeneus, Molusun isə Merion adlı oğlu oldu. Bu iki şəxs Aqamemnonun İliuma yürüşünə doxsan gəmi ilə qoşuldu...»[5]

Teseyin Kritdə olması

[redaktə | vikimətni redaktə et]

Rəvayətə görə, Tesey Kritdən ayrılmaq üzrə olarkən Labirintin girişində Kritlilərlə döyüşdü və Devkalionu onun mühafizəçiləri ilə birlikdə öldürdü.

«Minosun afinalılarla düşmən münasibətdə olan oğlu Devkalion onlardan Dedalı ona təhvil vermələrini tələb etdi və bundan imtina edəcəkləri təqdirdə Minosun onlardan girov götürdüyü gənci öldürməklə hədələdi. Tesey isə qohumu və əmisi oğlu olan Dedalı təhvil verməkdən imtina edərək ona yumşaq cavab verdi... Daha sonra onlar Labirintin girişində döyüşə girdilər və Tesey Devkalionu və onun mühafizəçilərini öldürdü.»[6]

Devkalionla Tesey arasındakı münasibətə dair başqa bir mənbədə fərqli məlumat verilir:

«O, Kritin hökmdarı olduğu zaman afinalılarla ittifaq qurdu və öz bacısı Fedranı Teseylə evləndirdi.»[5]

Odisseyin yalanı

[redaktə | vikimətni redaktə et]

Odissey arvadı ilə danışarkən, özünü ikinci oğlu Eton kimi təqdim edir. Etonun həqiqətən Devkalionun oğlu olub-olmadığı, yoxsa müharibə zamanı İdomeneusun yerinə ölkəni idarə etmək üçün Kritdə qaldığı, yaxud Odissey tərəfindən uydurulduğu aydın deyil.

  1. ↑ Higini, Fabulae 14 Arxiv surəti 29 mart 2019 tarixindən Wayback Machine saytında və 173 Arxiv surəti 29 mart 2019 tarixindən Wayback Machine saytında. Bu məlumat, ehtimal ki, Valerius Flakkusun Argonautica əsərinin 1.367-ci sətrindəki bir parçanın müəllifi tərəfindən yanlış şərh edilməsindən irəli gəlir. Həmin parçadakı sözlər belədir: "... və Pella'nın qumlu sahillərindən sərrast nizəsi ilə seçilən Devkalion və yaxın döyüşdə şöhrət qazanmış Amfion, onları Hipsa bir doğuşda dünyaya gətirmişdi...". Bu Devkalion daha qədim miflərdə, məsələn, Rodoslu Apollonun Arqonavtika əsərinin 1.176-cı hissəsində Asterius adı ilə tanınırdı: "... Pelleneli axeyalılardan Hiperasiusun oğulları Asterius və Amfion gəldilər...". Bu isə Tesey tərəfindən öldürülən Devkalionun Kritdəki hadisələrdən əvvəl onunla qarşılaşmadığını ehtimal etməyə əsas verir.
  2. ↑ İohannes Tzetzes, Homerik alleqoriyalar, Proloq, 587.
  3. ↑ Tzetzes, Lykofron, 431.
  4. ↑ Apollodor, 3.3.1
  5. 1 2 Sikeliot Diodor, 4.62.1 Arxiv surəti 27 avqust 2023 tarixindən Wayback Machine saytında Şablon:PD-notice
  6. ↑ Plutarx, Teseyin həyatı 19.5–6 Arxiv surəti 16 may 2024 tarixindən Wayback Machine saytında Şablon:PD-notice