V Olaf
| V Olaf | |
|---|---|
| norv. Olav V | |
| | |
| 21 sentyabr 1957 – 17 yanvar 1991 | |
| Əvvəlki | VII Haakon |
| Sonrakı | V Harald |
| 1 iyul 1955 – 21 sentyabr 1957 | |
| Monarx | VII Haakon |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Prince Alexander Edward Christian Frederik |
| Doğum tarixi | 2 iyul 1903[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 17 yanvar 1991[1][2][…] (87 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri |
|
| Təhsili | |
| Fəaliyyəti | monarx |
| Atası | VII Haakon[3] |
| Anası | Uelsli Maud[3] |
| Həyat yoldaşı |
|
| Uşaqları | |
| Dini | lüteranlıq |
| Hərbi xidmət | |
| Döyüşlər | |
| Rütbəsi | |
|
|
|
| Təltifləri |
|
|
|
|
| kongehuset.no/c27311/sek… | |
V Olaf (norv. Olav V) və ya Aleksandr Eduard Kristian Frederik (dan. Alexander Edward Christian Frederik; 2 iyul 1903[1][2][…], Norfolk qraflığı – 17 yanvar 1991[1][2][…]) — Norveç kralı.
Həyatı
[redaktə | vikimətni redaktə et]2 iyul 1903-cü ildə Norfolkdakı Sandrinqem mülkündə dünyaya gəldi. Atası Danimarka kralı IX Kristianın nəvəsi şahzadə Karl, anası isə Britaniya kralı VII Eduardın qızı şahzadə Mauddur. 11 avqustda vəftiz edildi və ata-babası vəliəhd-şahzadə Frederik, ata-nənəsi şahzadə Luiza, ulu babası IX Kristian, dayısı vəliəhd-şahzadə Georq, xalası şahzadə Viktoriya onun vəftiz valideynləri oldu.
Doğulduğu əsnada ulu babası IX Kristian hələ də taxtda idi və atasının taxta çıxma ehtimalı olduqca az idi. Ancaq 1905-ci ildə müstəqilliyini qazanan Norveç krallığının taxt-tacına dəvət edildi və beləcə, öz adını VII Haakon olaraq dəyişərək Norveç kralı oldu. O əsnada 2 yaşı olan Aleksandrın da adı Olaf olaraq dəyişdirildi. Orta əsrlər dövründən bəri Norveçdə böyüyüb boya-başa çatdırılan ilk vəliəhd şahzadə kimi, əsl Norveç ənənələrinə uyğun şəkildə böyüdüldü. İngiltərədəki vəftizindən illər sonra 1 dekabr 1918-ci ildə Norveç Evangelist kilsəsi tərəfindən yenidən vəftiz olundu.
Atasının donanma keçmişinə baxmayaraq, əsas hərbi təlim-tərbiyəsini quru qoşunlarında aldı. 1924-cü ildə Norveç Hərbi Akademiyasından məzun oldu. Ardından Oksforddakı Balliol kollecində 2 illik hüquq və iqtisadiyyat təhsili aldı. 1931-ci ildə kapitan, 1936-cı ildə isə polkovnik rütbəsi aldı.
Digər yandan dəniz idmanlarıyla məşğul olurdu və 1928 Amsterdam Yay Olimpiya oyunlarında iştirak edərək qızıl medal qazandı.
21 mart 1929-cu ildə Osloda İsveç kralı II Oskarın nəvəsi Marta ilə evləndi. Üstəlik seçilən gəlin namizədi onun bibisi qızı və özü kimi Danimarka kralı VIII Frederikin nəvəsi idi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu. İkinci Dünya müharibəsi illərində xanımı və övladları ABŞ prezidenti Franklin Ruzveltin dəvətiylə Vaşinqtonda yaşadılar. Ancaq taxta çıxmadan öncə xanımı vəfat etdi və şahzadə Olaf bir daha evlənmədi.
Hərbi sahədə mükəmməl təhsil almışdı və ordunun bir çox hərbi əməliyyatında iştirak etmişdi. Bu səbəblə, hələ İkinci Dünya müharibəsi başlamazdan öncə donanma admiralı və quru qoşunlarında general rütbələri almışdı. Norveçin işğalının ardından atası VII Haakonla birlikdə nasistlərə qarşı mübarizədə iştirak etdi. Müharibə illərində sürgündəki Norveç hökumətinə dəstək verdi və hərbi birlikləri tez-tez ziyarət etdi. Müharibənin ardından 5 nazir lə birlikdə 13 mayda azad edilmiş Norveçə qayıtdı. Ardından ölkədə qalan nasist birliklərin silahsızlaşdırılmasına nəzarət etdi.
Atası VII Haakonun qəza nəticəsində sağlamlığının pozulması səbəbilə, 1955-ci ildə naib seçildi. Atasını bir çox dövlət tədbirində təmsil etdi. Atasının vəfatının ardından 21 sentyabr 1957-ci ildə Norveç kralı oldu. Kraliça-konsortu olmamasına baxmayaraq, xalq tərəfindən çox sevildi və səltənəti boyunca xalqa yaxın qaldı. Atasının yolundan gedərək monarx kimi aktiv siyasətdən uzaq qaldı və yalnız monarxiyanın təmsilçisi kimi tədbirlərdə iştirak etdi.
1990-cı ilin yayında səhhəti pisləşdi. Oğlu vəliəhd-şahzadə Haraldı naib seçdi və dövlət işlərindən uzaqlaşdı. 17 yanvar 1991-ci ildə Osloda ürək çatışmazlığı səbəbilə vəfat etdi. 30 yanvarda baş tutan cənazə mərasiminin ardından dəfn edildi.
Şəcərəsi
[redaktə | vikimətni redaktə et]| Övladları | Doğum tarixi | Ölüm tarixi | Evliliyi | Nəvələri |
|---|---|---|---|---|
| Şahzadə Raqnild | 9 iyun 1930 | 16 sentyabr 2012
(82 yaşında) |
Erlinq Lorensen | Haakon Lorensen |
| İngeborq Lorensen | ||||
| Raqnild Lorensen | ||||
| Şahzadə Astrid | 12 fevral 1932 | 11 sentyabr 2026
(94 yaşında) |
İohan Ferner | Yekaterina Ferner |
| Benedikt Ferner | ||||
| Aleksandr Ferner | ||||
| Yelizaveta Ferner | ||||
| Karl-Kristian Ferner | ||||
| V Harald | 21 fevral 1937 | 28 avqust 2026
(89 yaşında) |
Sonya Haraldsen | Marta Luiza |
| VIII Haakon |
Qalereya
[redaktə | vikimətni redaktə et]- Oslo limanında baş nazir Kristian Mişelsen tərəfindən qarşılanan atası VII Haakonun qucağında ikən, 1905-ci il
- Özü, 1910-cu il
- Valideynləri Kraliça Maud və VII Haakonla birgə, 1921-ci il
- Valideynləri Kraliça Maud və VII Haakonla birgə, 1925-ci il
- Özünün toy mərasimi (soldan sağa: Karl Bernadot və xanımı Danimarkalı İngeborq, Kraliça Maud və VII Haakon), 1929-cu il
- Atası VII Haakonla birgə, İkinci Dünya müharibəsi illərində, 1940-cı il
- Xanımı Marta və övladlarıyla birgə, 1942-ci il
- Britaniyadakı Norveç donanmasını təftiş edərkən
- Monarx ailəsi Osloda qarşılanarkən, 1945-ci il
Mənbə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Benkow, Jo. Olav – menneske og monark (norveç) (3rd). Oslo: Gyldendal Norsk Forlag. 1991. ISBN 82-05-20192-7.
- Bramsen, Bo. Huset Glücksborg. Europas svigerfader og hans efterslægt [The House of Glücksburg. The Father-in-law of Europe and his descendants] (danimarka) (2nd). Copenhagen: Forlaget Forum. 1992. ISBN 87-553-1843-6.
- Bratli, Kjell Arne; Schau, Øyvind. Sjøoffiser og samfunnsbygger : Vernepliktige sjøoffiserers forening : 100-års jubileumsbok : 1895–1995 (norveç). Hundvåg: Sjømilitære Samfund ved Norsk Tidsskrift for Sjøvesen. 1995. ISBN 82-91008-09-4.
- Dahl, Hans Fredrik. Norge under Olav V (norveç). Oslo: Cappelen. 1982. ISBN 8202090520.
- Flint, Peter B. "Olav V, Norway's King 33 Years And Resistance Hero, Dies at 87". The New York Times. 18 yanvar 1991.
- Lerche, Anna; Mandal, Marcus. A royal family : the story of Christian IX and his European descendants. Copenhagen: Aschehoug. 2003. ISBN 9788715109577.
- Suits, Julia. The Extraordinary Catalog of Peculiar Inventions: The Curious World of the Demoulin Brothers and Their Fraternal Lodge Prank Machi nes - from Human Centipedes and Revolving Goats to ElectricCarpets and SmokingC. Penguin Publishing Group. 2011. səh. 53. ISBN 978-1-101-54576-8.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Oppr. Alexander Edward Christian Frederik (buk.). // Norsk biografisk leksikon. Kunnskapsforlaget. ISSN 2464-1502. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 3 4 Olaf V de Noruega (kat.). // Gran Enciclopèdia Catalana. Grup Enciclopèdia.
- 1 2 3 4 5 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 18 oktyabr 2026).
- 2 iyulda doğulanlar
- 1903-cü ildə doğulanlar
- Norfolkda doğulanlar
- 17 yanvarda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- 87 yaşında vəfat edənlər
- Norveçdə vəfat edənlər
- Balliol Kollecinin məzunları
- "Müqəddəs Olaf" ordeni ilə təltif edilənlər
- Qızıl Olimpiya ordeni kavalerləri
- "Ləyaqət legionu" ordeni ilə təltif olunanlar
- "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi ilə təltif olunanlar
- "Rumıniya ulduzu" ordeni ilə təltif edilənlər
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- Qızıl Yun ordeni kavalerləri
- 1939–1945 Fransa hərbi xaçı ilə təltif olunanlar
- "Payızgülü" ordeni ilə təltif edilənlər
- "Almaniya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Ağ qızılgül" ordeni ilə təltif edilənlər
- "Danebroq" ordeni ilə təltif edilənlər
- "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- Fil ordeninin kavalerləri
- Serafimlər ordeninin kavalerləri
- "İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 1928 Yay Olimpiya Oyunları çempionları
- XX əsr monarxları
- Qüdrətli Hamam ordeni
- Norveç kralları
- Norveç şahzadələri
- Norveç şəxsləri
- Poçt markalarında şəxslər