YENİ ÜSUL ÇƏKİNİ PƏHRİZSİZ AZALDIR
Həkimlər pasientə öz "yemək" vərdişlərini dəyişmədən və ciddi pəhrizə əyləşmədən normal həyat keçirməyə imkan verən əlavə çəki ilə yeni mübarizə üsulunu testdən keçirirlər. Kalori sərfini məhdudlaşdırmanı Amerikanın EnteroMedics şirkətinin hazırladığı VBLOC elektron implantantı təmin edir.
Cihaz insanın bədəninin qurşaq nahiyəsinə daxil edilir. Lakin insanın dərisinə çox kiçik kəsik vasitəsilə yaxında yerləşən əsəbə bərkidilmiş bir cüt elektrod daxil edilir. VBLOC əsəb impulslarının ötürülməsinin qarşısını alan və 5 kilohers tezliyi olan zəif siqnallar generasiya edir.
Bu cür müdaxilənin effekti çoxtərəflidir. Birincisi, "aclıq siqnalı" aradan qaldırılır, ikincisi, beyinlə əlaqə olmadan mədə yemək zamanı genişlənmir, belə ki, o, adi vaxtlarda olduğundan tez dolur, üçüncüsü, sözügedən əsəbin əhatəyə alınması mədə şirəsi sekresiyasının azalmasına və həzmin intensivliyinin məhdudlaşmasına gətirib çıxardır.
Cihaz heç də daim işləmir, hər beş dəqiqədən bir müəyyən vaxta qədər fəaliyyət göstərir, lakin bu dövri müdaxilə pasientin heç bir aclıq əziyyəti keçirmədən adi vaxtda olduğundan az yeməsi üçün kifayət edir.
VBLOC-un implantasiya olunduğu onlarla adamlar üzərində keçirilən testlərin ilk seriyasında onların orta hesabla 29,1 faiz əlavə çəki itirdikləri məlum olub. İndi isə cihaz sınaqların həlledici, əsas mərhələsinə daxil olmaqdadır, yəni VBLOC əlavə çəkidən əziyyət çəkən 300 pasient üzərində yoxlanılacaq.
Texnologiya müəllifləri qeyd edirlər ki, kalori tələbatının cərrahi qaydada məhdudlaşdırılması üsulları, yəni mədənin şuntlaşdırılması və bandajdırılması (yeməyin bir hissəsi mədədən kənar yolla buraxılır) onun travmatik əməliyyatından başqa bir şey deyildir.
Bu zaman bir çox pasientlər lifli yemək və ətin həzm olunması problemi ilə üz-üzə qalır. Ürək bulanmasından və qusmaqdan şikayətlənirlər. Doğrudur, VBLOC-la sınaqdan keçirilən bəzi xəstələr də ürək bulanmasını qeyd etmişlər. Lakin bu o qədər də güclü olmamışdır.
Kökəlmə ilə yeni mübarizə üsulunun əsas üstünlüyü onun o qədər çətin olmayan əməliyyat yoludur. Axı əsəbə bərkidilmiş bir cüt naqili az travmatik əməliyyat yolu ilə kənarlaşdırmaq asandır. Bununla belə, EnteroMedics şirkətinin mütəxəssisləri VBLOC-un daha da təkmilləşdirilmiş versiyası üzərində işləyirlər. Bu versiyaya görə, onu insanın bədəninin xaricinə deyil, həzm orqanlarına implantasiya etmək mümkün olacaqdır ki, bu da bədəndə heç bir çapığın qalmasına səbəb olmayacaq.